Naxçıvanda məktəb direktoru avtoqəzada öldü
Hadisə
03.07.2025 14:20
Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.
TodayPress TV xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.
Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhraman adı verilən Hökümə Əliyevanın bibisi oğludur.
tag: Naxçıvan,Direktor,Qəza,Ölüm,Todaypress.tv,