Minaya düşən şəxsin vəziyyəti açıqlandı - RƏSMİ

Hadisə

31.05.2025 10:43

Tərtər rayonu  Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan şəxs (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunub.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Qeyd edək ki, Tərtər rayonunun Qızıloba kəndi ərazisində 2025-ci il 30 may tarixində saat 19:30 radələrində mina hadisəsi baş verib. 

Belə ki, Tərtər rayonu, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Türkan İsgəndərli

tag: Mina,Tərtər,Yaralı,Partlayış,todaypress.tv,