Masallıda avtoqəzada xəsarət alanların vəziyyəti açıqlandı

Hadisə

28.06.2025 13:16

28.06.2025-ci il tarixində saat 08:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif travmalarla Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Hər birinə ilkin zəruri tibbi xidmətlər göstərilib.

Bir nəfərin müalicəsi (qadın cinsli) Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir, Cərrahiyyə şöbəsində müalicə alan şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir.

Bir nəfərin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Vəziyyəti ağır qiymətləndirilən 1976-cı il təvəllüdlü şəxsin (qadın cinsli) isə xəstəxanaya daxil olduqdan bir neçə dəqiqə sonra ölüm faktı qeydə alınıb.

Töhfə Səməd

tag: TƏBİB,Qəza,Masallı,Todaypress.tv,