Liftdə köməksiz qalan şəxslər xilas edildi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə FHN-in mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.