Həmkəndlisini qəsdən öldürən şəxs tutuldu
Hadisə
22.09.2025 10:09
Sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
tag: Baş Prokurorluq,Ölüm,Cİnayət,Tutulma,Todaypress.tv,
 
        
 
                                ![Xırdalanda yaşayış binasında [[yanğın oldu]]](/uploads/news/682b63312724a.webp) 
                                            ![[[Girov götürülmüş qadın:]] Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı](/uploads/news/6870e8d99b8d8.webp) 
                                            ![470 kiloqramdan artıq [[çətənə kolu]] aşkarlandı](/uploads/news/68999511eea86.webp) 
                                            ![[[Ağdam və Xocavənddə]] açıq ərazilərdə yanğın başladı](/uploads/news/688274db8eaf6.webp) 
                                            ![Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı [[- YENİLƏNDİ 2]]](/uploads/news/6863724b34534.webp) 
                                            ![DYP [[küləkli hava şəraiti ilə bağlı]] sürücülərə müraciət etdi](/uploads/news/68aff4b9eb646.webp) 
                                             
                                            ![2 tondan artıq [[çətənə kolu]] məhv edildi](/uploads/news/6864d74c02919.webp) 
                                            ![Mingəçevirdə yol qəzasında [[iki qadın yaralandı]]](/uploads/news/6828cba44c777.webp) 
                                            ![Gəncədə [[qanunsuz tikililər]] söküldü](/uploads/news/68591391a8000.webp) 
                                            