Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNDİ 2
Hadisə
01.07.2025 14:08
Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində batan 91 yaşlı kişinin meyiti tapılıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə 1 nəfərin batması barədə daxil olan məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
12:44
Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində iki nəfər batıb.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.
Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlu və 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
***
09:29
Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.
TodayPress TV xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.
A Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb edilib.
Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlara başlanılıb.
tag: Ağcabədi,Oğlan,Kanal,Axtarış,Todaypress.tv,