Binanın damında qanunsuz inşa olunan hovuz söküldü

Hadisə

19.06.2025 12:01

Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

"Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb", - məlumatda vurğulanıb.

tag: BŞİH,Bina,Dam,Hovuz,Todaypress.tv,

photo
photo
photo
photo
photo