Bakıda yarımtikilidə narkotik aludəçiləri saxlanıldı
Hadisə
04.08.2025 09:46
Bakının Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli TodayPress TV-yə bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.
Onun sözlərinə görə, əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,
