Bakıda tarixi abidənin icazəsiz konstruksiyaları sökülür

Hadisə

05.09.2025 13:58

Bakının 28 May küçəsində yerləşən memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sökülür.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Belə ki, bu bina Nazirlər Kabinetinin qərarına əsasən dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir: "Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür.

"Gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qətiyyətlə qarşısı alınacaq", - deyə məlumatda vurğulanır.

TodayPress TV

tag: 28 May,Memarlıq ,Şəhərsalma Baş İdarəsi,Nazirlər Kabineti,Todaypress.tv,