Azərbaycanlı matrosların Rusiya limanlarına girişi qadağan edildi

Hadisə

18.07.2025 23:30

2025-ci ilin iyulun 8-də Rusiyanın Tuapse limanında Liberiya dövlət qeydiyyatına alınmış “Asia Minor” gəmisində Azərbaycan vətəndaşlarının olması səbəbindən yoxlama aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "VÇK-OQPU" məlumat yayıb.

Limanın girişində sərhəd nəzarəti zamanı Rusiya Federasiyasının tənzimləyici orqanlarının əməkdaşları Azərbaycan vətəndaşı olan hər bir ekipaj üzvünü ayrıca sorğu-sual ediblər.

Respondentlər şəxsi telefonlarının yoxlanılması proseduruna məruz qalıb, bu müddət ərzində qalereya, telefon kitabçası, Telegram messencerinin məzmunu və internet brauzerinin tarixçəsinə baxılıb.

Bundan əlavə, onlara Qarabağ müharibəsində iştirakla bağlı təxribat xarakterli suallar verilib.

Qeyd olunan yoxlama nəticəsində matros Sədi Abbasova və motorist Elmar Şıxməmmədova şifahi olaraq bildirilib ki, bundan sonra onlara Rusiya limanlarına giriş qəti qadağandır.

tag: Rusiya, Tuapse, Liberiya, Azərbaycan,Gəmi, todaypress.tv,