AZAL təyyarəsinin qəzası ilə bağlı hesabat 2026-cı ilin əvvəlində dərc oluna bilər
Hadisə
22.10.2025 14:43
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı hesabat Yeni ildən sonra dərc oluna bilər.
TodayPress TV "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu təyyarə qəzasını araşdıran dövlət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
O qeyd edib ki, faciənin baş verdiyi bütün halların müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
tag: Azal, Təyyarə, Qəza,Hesabat,Todaypress.tv,
