Ali Məhkəmə "Meydan TV" ilə bağlı qərarı qüvvədə saxladı
Hadisə
18.07.2025 20:20
Ali Məhkəmədə "Meydan TV"yə blok qoyulması ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.
TodayPress TV xəbər verir ki, bu gün hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və qətnamə qüvvədə saxlanılıb.
Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan TV" və "Meydan TV"nin saytının bloklanması barədə qərar çıxarıb.
Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.
Ali Məhkəmədə 2019-cu ildə verilmiş qərara əsasən, əsasən, "Meydan TV"yə blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Lakin məhkəmədə iddia yenidən təmin olunub və "Meydan TV"nin ölkədə yayımına blok aradan qaldırılmayıb.
tag: Meydan TV, Blok, Ali Məhkəmə, Qərar, todaypress.tv,