Xankəndidə ilk dəfə qəbul imtahanı keçirildi - YENİLƏNDİ
İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilib.
TodayPress TV "APA"ya istinadən xəbər verir ki, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər.
Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.
İmtahanda ümumilikdə 50 abituriyent iştirak edib.
***
10:00
Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı verir.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd edək ki, bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.
Məlumata əsasən imtahan Qarabağ Universitetində keçirilir.
İmtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edirlər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verirlər.
Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.
tag: Xankəndi ,Qarabağ Universiteti,İmtahan,todaypress.tv,