Nazirdən etiraf, ekspertdən tələb: Dərsliklər nə vaxt dəyişəcək?

Elm və Təhsil

12.09.2025 17:30

“Dərsliklər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil”.

TodayPress TV xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunan tədbirdə deyib.

"Dəfələrlə demişik ki, dərsliklərdə yanlışlıqlar, ağır akademik məzmun, axıcılıq çatışmazlığı və həyati tətbiq elementlərinin olmaması kimi problemlər var”.

Bu sözləri isə mövzu ilə TodayPress TV-yə danışan təhsil eksperti Elmin Nuri bildirib.

Onun sözlərinə görə, bu problem dəfələrlə qaldırılsa da, həllini tapmayıb:

"Biz də dəfələrlə demişik ki, dərsliklərdə yanlışlıqlar, ağır akademik məzmun, axıcılıq çatışmazlığı və həyati tətbiq elementlərinin olmaması kimi problemlər var. Ona görə də nazirin bu barədə danışması çox sevindirici haldır".

Ekspert qeyd edib ki, məsələ yalnız çıxışlarla bitməməli, deyilən iradlar real addımlarla müşayiət olunmalıdır:

"Çox xahiş edirəm ki, bunlar yalnız söz olaraq qalmasın. Sentyabrın 12-də səsləndirilən iradlar müəyyən müddətdən sonra tətbiqini tapsın. Azərbaycan dili, ədəbiyyat və tarix dərslikləri ilə bağlı deyilənlər nəticə versin. Danışmaq çox gözəldir, amma biz tətbiqi görmək istəyirik".

Elmin Nuri vurğulayıb ki, təhsildə real irəliləyiş üçün dərsliklərin yenilənməsi və şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşdırılması zəruridir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elmin Nuri,Ekspert,Nazir,Tələb,Todaypress.tv,