Millət vəkili: “Çox qısa zamanda Qərbi Azərbaycana qayıdacağıq”

Elm və Təhsil

25.06.2025 11:01

“Azərbaycan xalqı Qarabağ müharibəsindən sonra yumruq kimi birləşib”. 

TodayPress TV xəbər verir ki, bu sözləri "Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu" forumunda Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

“Burada orta və ali təhsil müəssisələrinin xüsusi rolu var. Qərbi Azərbaycana Qayıdış ideyası ilə gənclər məlumatlandırılmalıdır. Vətəni sevməyən, ona xeyir verməyən gənclərin nə özünə, nə ailəsinə faydası olar”.

Əziz Ələkbərlinin sözlərinə görə, 44 günlük müharibədə Ermənistan həm psixoloji, həm hərbi cəhətdən darmadağın edilib.    

“Bizim artıq 30 il gözləyəcək səbrimiz yoxdur. Çox qısa zamanda Qərbi Azərbaycana qayıdacağıq. Ermənilər bunu dərk etsə, yaxşıdır”, - deyə deputat fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: ADNSU,Elmi,Sessiya,Tədbir,Todaypress.tv,