Məleykə Abbaszadə: “DİM artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək"
Elm və Təhsil
23.05.2025 11:17
“2012-ci ildən etibarən keçirilən buraxılış imtahanları bütün şəhər və rayonlarda təşkil olunur”.
TodayPress TV xəbər verir ki, mayın 23-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, qəbul imtahanları isə lap əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir.
“Sevindirici haldır ki, DİM artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq işğaldan azad olunmuş bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında imtahan verirlər”.
Töhfə Səməd
tag: DİM,Məleykə Abbaszadə,İmtahan,Xankəndi,Todaypress.tv,