Məktəbəqədər təhsildə ölkə üzrə rekord nəticə qeydə alındı

Məktəbəqədər təhsildə ölkə üzrə rekord nəticə qeydə alındı
11.09.2025 10:55 Elm və Təhsil

"Məktəbəqədər təhsildə ölkə üzrə rekord əhatə - 40 faizə çatmışıq."

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində əlavə yerlərdə artım müşahidə olunur.

"Daha öncə bu faiz 16 idi. Düşünürəm ki, ölkənin təhsili üçün bu çox vacibdir. Çünki məktəbəqədər təhsil bilik üçün mühüm əhəmiyyət kəsb edir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər