DİM sədrindən təhsil ekpertlərinə: “Facebook”da status yazmaqdan vaxtları qalmır”

Elm və Təhsil

23.05.2025 11:49

10

“Ekspertlərə müraciət edirəm: Buyurun gəlin, imtahan nəticələrinin yoxlanış mərhələsində iştirak edin, qiymətləndirin”. 

TodayPress TV xəbər verir ki, bunu mayın 23-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. 

O diqqətə çatdırıb ki, ekspertlərə prosesdə iştirak etmək üçün əvvəlcə sınaqdan keçməlidirlər. Bu zaman onlara tapşırıqlar verilir, bilikləri yoxlanılır. 

“Siz hansısa fənn üzrə müəllimsinizsə, buyurun, gəlin, həmin sınaqlarda iştirak edin. Ondan sonra da qiymətləndirmə aparın. Amma biz onları proseslərdə görmürük. “Facebook”da status yazmaqdan vaxtları qalmır. Mən ümumiyyətlə bilmirəm ki, onlara kim “ekspert” adını verib. Hər hansısa məqalə yazıblar? Necə ekspert olublar?”.         

Töhfə Səməd

tag: Ekspert,DİM,Çağırış,Məleykə Abbaszadə,Todaypress.az,