Zelenski Trampla görüş öncəsi “ev tapşırığını” tamamladı

Dünya

15.10.2025 21:25

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüş ərəfəsində ölkəsinin “ev tapşırığını” hazırladığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, dövlət başçısı bu barədə öz "Telegram" kanalında məlumat verib.

O, tapşırığın bir hissəsini - hərbi və iqtisadi istiqamətlərini hazırladıqlarını bildirib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti artıq Vaşinqtondadır və görüşlərə başlayıb. Ukraynalı rəsmilər ABŞ lideri, eləcə də müdafiə sənayesi və enerji şirkətlərinin nümayəndələri ilə danışıqlar aparmağa hazırlaşırlar.

Zelenski oktyabrın 17-də Donald Trampla görüşəcək. Prezidentin sözlərinə görə, danışıqlar zamanı hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar və enerji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzuları olacaq.

Məlumata görə, görüşdən sonra Kiyevin ABŞ-dən “Tomaqavk” raketlərini alıb-almayacağı məsələsinə də aydınlıq gətiriləcəyi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,ABŞ,Tramp,Zelenski,Todaypress.tv,