Zelenski: "Rusiya Ukraynaya 50 raket və 500 dronla hücum edib"

Dünya

05.10.2025 15:05

"Oktyabrın 5-nə keçən gecə Ukrayna yenidən Rusiyanın genişmiqyaslı hücumuna məruz qalıb".

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri 50-dən çox raket və 500-ə yaxın hücum dronu, o cümlədən “Şahed”, “Kinjal” və qanadlı raketlərdən istifadə edib. Hücumlar bir neçə vilayəti – Lviv, İvano-Frankivsk, Zaporojye, Çerniqov, Sumı, Xarkov, Xerson, Odessa və Kirovoqradı əhatə edib.

Hücum nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. Zərər dəymiş bölgələrdə xilasetmə və bərpa işləri davam edir.

Zelenski əlavə edib ki, hava məkanında birtərəfli atəşkəs diplomatik həll yoluna şərait yarada bilər. O, ABŞ və Avropanı Rusiya Prezidenti Vladimir Putini dayandırmaq üçün tədbirlər görməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,Ukrayna,Zelenski,Hücum,Todaypress.tv,