Zelenski: "Rusiya 6,9 milyard dollar ödəməlidir"

Dünya

20.07.2025 17:35

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya və “Qazprom” beynəlxalq arbitraj məhkəmələrinin qərarlarına əsasən 6,9 milyard dollar ödəməlidirlər. 

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" kanalında məlumat verib.

Prezident qeyd edib ki, artıq bir neçə arbitraj məhkəməsi Ukraynanın xeyrinə qərar çıxarıb. Bu vəsaitlərin toplanması üçün konkret addımlar hazırlanır və Ukraynanın xarici ölkələrdəki səfirlərinə müvafiq göstərişlər veriləcək.

Zelenski bunu “tamamilə ədalətli qərarlar” adlandırıb və onların Rusiya və “Qazprom”un beynəlxalq məsuliyyətini nümayiş etdirdiyini bildirib.

Xatırladaq ki, iyun ayında Ukraynanın “Naftoqaz” şirkəti, Sürixdəki arbitraj məhkəməsinin qərarı əsasında “Qazprom”dan 1,37 milyard dollar tələb etdiyini açıqlamışdı. Bu məbləğə qaz tranziti üzrə xidmətlərin haqqı, cərimələr və məhkəmə xərcləri daxildir.

Türkan İsgəndərli

tag: Ukrayna,Rusiya,Təzminat,Məhkəmə,Todaypress.tv,