Zaxarova Makronun sülhlə bağlı sözlərinə inanmadı
“Fransa prezidenti Emmanuel Makronun Ukraynada sülhə sadiqliyi ilə bağlı verdiyi açıqlamalara inanmaq çətindir”.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında bəyanatla çıxış edib.
Zaxarova bu mövqeyini “France Info” nəşrinin yaydığı məlumata əsaslandırıb. Həmin məqalədə fransız hərbçilərinin Ukrayna tərəfdə döyüşdüyü qeyd olunub. Diplomata görə, söhbət əsasən fransalılardan ibarət olan və “Beynəlxalq qisas” (Interrnational Revanche) adlanan silahlı dəstədən gedir.
“Paris bu cür fəaliyyətləri görməzdən gəlib Makronun sülh ritorikasını təkrarlayırsa, bu, sadəcə boş sözlər kimi görünür”, — deyə Rusiya XİN nümayəndəsi vurğulayıb.
Qiymət Mahir
tag: Fransa ,Emmanuel Makron,Ukrayna,Rusiya,todaypress.tv,