Yunanıstandan Almaniyaya uçan təyyarənin mühərriki alışdı
Dünya
18.08.2025 09:39
Yunanıstanın Korfu adasından Düsseldorfa uçan Almaniyanın “Condor” aviaşirkətinə məxsus sərnişin təyyarəsində havaya qalxdıqdan dərhal sonra yanğın baş verib. Hadisə nəticəsində təyyarə təcili qaydada İtaliyanın Brindizi şəhərinə enib.
TodayPress TV xəbər verir ki, "RTL" telekanalının məlumatına görə, “Boeing 757-300” tipli laynerdə 263 sərnişin və 8 ekipaj üzvü olub.
Təyyarə havaya qalxdıqdan az sonra mühərriklərdən biri alışıb və pilotlar təcili eniş qərarı veriblər.
Şirkət nümayəndələrinin sözlərinə görə, yanğının səbəbi mühərrikə hava ötürülməsində baş verən nasazlıq olub. Təyyarə uğurla Brindiziyə endirilsə də, sərnişinlərin bir hissəsi otellərdə yerlərin çatışmaması səbəbindən gecəni hava limanında keçirib.
“Condor” aviaşirkəti fövqəladə qaydada Brindiziyə əlavə təyyarə göndərib. Onun vasitəsilə sərnişinlər Düsseldorfa çatdırılacaq.
Qiymət Mahir
tag: Yunanıstan,Korfu ,Düsseldorfa,Brindizi,Todaypress.tv,