Ukraynada təbii qazın qiyməti rekord həddə çatdı

Dünya

27.05.2025 17:50

2

Ukraynada təbii qazın bazar qiyməti 1 kubmetr üçün 23 min qrivnaya (təxminən 553 ABŞ dolları) yüksəlib. Bu, 2023-cü ilin fevralından bəri qeydə alınan ən yüksək göstəricidir.

TodayPress TV xəbər verir ki, bu barədə ixtisaslaşmış “ExPro Daily Gas” nəşri məlumat yayıb.

Ekspertlərin fikrincə, qiymət artımına əsas səbəb təklifin tələbatdan xeyli az olmasıdır. Xüsusilə, hökumətin “Ukrnafta” şirkətini qazı sabit qiymətlə əhaliyə satmağa məcbur etməsindən sonra bu şirkətin bazardan çəkilməsi qiymətləri yüksəldib. Eyni zamanda, həm istehlakçıların, həm də dövlət müəssisələrinin artan tələbatı qiymətləri sürətləndirib.

Qeyd edilib ki, 30 aprel tarixində Ukraynada qazın qiyməti ilk dəfə olaraq Avropadakı spot qiymətləri keçib.

Qaz qıtlığı problemi 2024-cü il yanvarın 1-dən sonra daha da dərinləşib. Belə ki, Ukrayna Rusiya ilə “Qazprom” arasında olan tranzit razılaşmasını uzatmaqdan imtina etdiyinə görə Rusiya qazının Avropaya Ukrayna ərazisindən nəqli tamamilə dayandırılıb. Bu da qaz kəmərlərində təzyiqin saxlanması üçün texniki qaz ehtiyacını artırıb.

Yanvarın sonundan etibarən “Naftoqaz” qaz idxalını Avropa ölkələrindən yüksək qiymətlərlə həyata keçirməyə başlayıb. Lakin mart ayının sonuna olan məlumata görə, ölkənin yeraltı anbarlarında qaz ehtiyatı kritik səviyyəyə – 6 milyard kubmetrdən də aşağıya düşüb. Bu səbəbdən istilik mövsümü planlaşdırılandan daha tez – martın sonunda başa çatdırılıb.

Qiymət Mahir

tag: Ukrayna,Avropa,Qaz,ABŞ,todaypress.tv,