Ukrayna və Yaponiya dron istehsalında əməkdaşlıq etməyə hazırdır
Dünya
05.08.2025 11:03
Ukrayna hökuməti pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı və texnoloji əməkdaşlıq sahəsində Yaponiya ilə sıx tərəfdaşlığa hazır olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Kyodo News” agentliyinə müsahibəsində danışıb.
O bildirib ki, Ukraynanın müharibə dövründə əldə etdiyi təcrübə Tokio ilə əməkdaşlıq üçün geniş imkanlar yaradır.
“Hazırda biz dünyada dron istehsalı sahəsində liderlərdən biriyik. Yaponiyaya bu sahədə təcrübəmizi bölüşməyə və birgə istehsal kimi formatlarda əməkdaşlığa hazırıq”, – deyə nazir vurğulayıb.
Sibiqa qeyd edib ki, Rusiya ilə müharibə şəraitində Ukrayna pilotsuz sistemlər sahəsində sürətlə irəliləyib və bu potensial Yaponiyanın texnoloji imkanları ilə birləşdirildikdə, iki ölkə üçün qarşılıqlı faydalı nəticələr verə bilər.
Qiymət Mahir
tag: Rusiya ,Sibiqa ,Ukrayna ,PUA,Todaypress.tv,