Ukrayna lideri: "Putin bir milyon insan itkisinə hazır olmalıdır"

Dünya

09.10.2025 15:50

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqini ələ keçirmək üçün bir milyon əsgərini itirməli olacaq.

TodayPress TV Ukrayna KİV-ə istinadən xəbər verir ki, Zelenski bu fikri ABŞ-nin sabiq prezidenti Donald Trampın Rusiya ilə bağlı mövqeyinə toxunarkən səsləndirib.

“Tramp başa düşür ki, Putinin ona Alyaskada Rusiyanın hərbi imkanları ilə bağlı satdığı hər şey, əslində, işləmir. Bu, o deməkdir ki, Putin Trampa keyfiyyətsiz məhsul satmağa çalışıb. Məncə, kiməsə yalan danışmaq təhqirdir”, – Ukrayna lideri qeyd edib.

Zelenski həmçinin vurğulayıb ki, Rusiya ordusu Ukraynanın müdafiə xəttini yarmaqda ciddi itkilər verir və bu, Putinin siyasi və hərbi strategiyasının uğursuzluğunu göstərir.

Jalə Rövşən

TodayPress TV

tag: Volodimir Zelenski,Vladimir Putin ,Alyaska,Donald Tramp,Todaypress.tv,