Ukrayna ABŞ-yə çağırış etdi: “Söz yox, hərəkət görmək istəyirik”
Dünya
26.05.2025 09:44
Ukrayna Ali Radasının “Qolos” partiyasından olan deputatı Kira Rudik ABŞ-nin Rusiya ilə bağlı mövqeyini dəyişəcəyinə və Kiyevə daha konkret dəstək verəcəyinə ümid etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, “Sky News” telekanalına açıqlamasında Rudik Ukraynanın Vaşinqtonun bütün tələblərini yerinə yetirdiyini xatırladaraq ABŞ-dən praktik addımlar gözlədiklərini deyib.
Deputat qeyd edib ki, Ukrayna nadir torpaq metalları üzrə saziş imzalayıb, atəşkəsə razılaşıb və İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak edib.
“Ona görə də ümid edirik ki, sülhü güc yolu ilə gətirəcəyini deyən ABŞ prezidenti Donald Tramp Rusiyanı sakitləşdirməkdən və onun danışıqlara hazır olduğuna dair illüziyadan əl çəkəcək” deyə Rudik vurğulayıb.
O, ABŞ-nin Ukraynaya daha çox hərbi yardım göstərməli və eyni zamanda Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməli olduğunu bildirib:
“Avropa da bu məsələdə ABŞ-ni dəstəkləməlidir”.
Qiymət Mahir
tag: Ukrayna ,ABŞ,Avropa ,Rusiya,todaypress.tv,