Türkiyə Qəzzaya ordu göndərə bilər
Dünya
11.10.2025 12:30
Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Qəzza zolağında atəşkəs prosesində iştirak edəcəyini və vasitəçilik səylərini davam etdirəcəyini açıqlayıb.
TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, Atəşkəs prosesi üç mərhələdə – humanitar, siyasi və hərbi olaraq aparılacaq.
Məlumata görə, Türkiyənin işçi qrupu humanitar koordinasiya, itkin düşmüş şəxslərin axtarışı və atəşkəsə nəzarət işlərini görəcək. Bu mərhələ əsasən mülki xarakter daşıyacaq.
Prosesin son mərhələsində hərbi birləşmələr iştirak edəcək və lazım gəldikdə BMT və ya NATO səviyyəsində addımlar atılacaq. Türkiyə bütün mərhələlərdə, həm mülki, həm də hərbi təşəbbüslərdə aktiv olacaq.
Qeyd edək ki, ötən gün İsrail ordusu HƏMAS-la atəşkəsin qüvvəyə mindiyini açıqlamışdı.
Jalə Rövşən
tag: HƏMAS,İsrail,Türkiyə,Hakan Fidan ,Todaypress.tv,
