Türkiyə Putin və Trampın öz ərazisində görüşməsi ehtimalını dəyərləndirir

Dünya

07.08.2025 09:20

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Türkiyədə görüş keçirəcəklərinə dair hələlik heç bir siqnal yoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” agentliyinə danışan türk diplomatik mənbə məlumat verib:

“Hələlik konkret siqnallar yoxdur”, – deyə mənbə bildirib.

Xatırladaq ki, avqustun 6-da Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Kremldəki görüşündə Trampla görüşmək istədiyini açıqlayıb.

“The New York Times” qəzetinin yazdığına görə, Tramp artıq gələn həftə Putinlə təkbətək görüş keçirməyə hazırlaşır. Nəşrin mənbələri bildirir ki, bu görüşdən dərhal sonra Tramp Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyi planlaşdırır. Avropa liderlərinin isə bu prosesdə iştirak etməyəcəyi razılaşdırılıb.

Qiymət Mahir

tag: Rusiya ,ABŞ ,Vladimir Putin,Donald Tramp,Todaypress.tv,