Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəldi

Dünya

12.07.2025 21:30

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəlib.

TodayPress TV xəbər verir ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti çərçivəsində 4 yeni üzv qəbul olunub.

Bunlar Azərbaycanın "Tufandağ" Dağ Kurortu, Türkiyənin "Ərciyəz" Dağ Kurortu, Türkiyənin "Ejder 3200 World Ski Center" və Qazaxıstanın "Oi-Qaragai" kurortudur.

Bundan başqa, sammit çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Xizəkçi Jurnalistlər Klubu yaradılıb.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ötən ilin sentyabr ayında yaradılıb. İttifaqa indiyədək bu kurortlar üzv idi: Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi, Özbəkistanın "Amirsoy", Qazaxıstanın "Şimbulak" və Türkiyənin "Uludağ" Dağ Kurortları.

tag: Türkdilli Dövlətlər,Xİzək Kurortu,İttifaq,Todaypress.tv,