Tunberq Trampın tənqidinə cavab verdi

Dünya

07.10.2025 13:46

İsveçli fəal Qreta Tunberq ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab verib.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, Tramp Tunberqi "xilas olmağa çalışan qadın" adlandıraraq psixi sağlamlığı ilə bağlı fikirlər səsləndirmişdi.

Tunberq isə İnstaqram paylaşımında Trampın qəzəblə mübarizədə öz təcrübəsindən faydalana biləcəyini deyib.

Qeyd edək ki, oktyabrın 6-da İsrail Xarici İşlər Nazirliyi Tunberq və digər 171 fəalı “Sumud” flotiliyası çərçivəsində Yunanıstan və Slovakiyaya deportasiya etdiyini açıqlayıb.

Nazirlik deportasiya zamanı iştirakçıların qanuni hüquqlarına hörmət edildiyini bildirib.

Xatırladaq ki, “Sumud” donanması sentyabrın ortalarında Tunisdən Qəzza zolağına yola düşüb və blokadanı yarmaqla humanitar yardım çatdırmaq məqsədi daşıyıb. Tunberqin deportasiyadan sonra fotoları yayımlanıb.

Jalə Rövşən

TodayPress TV

tag: Qreta Tunberq,ABŞ,Donald Tramp,"Sumud" donanması,Todaypress.tv,