Trampdan Zelenskiyə növbəti zərbə: "O, yaxşı satıcıdır"

Dünya

17.05.2025 10:24

6

"Ukrayna lideri Volodimir Zelenski ABŞ-nin keçmiş prezident Cozef Baydenin dövründə Ağ Evi Kiyevə davamlı olaraq maliyyə yardımı göstərməyə inandıraraq özünü "böyük treyder" olduğunu sübut edib".

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

“Cəmi dörd günə Ukraynaya xərclədiyimizdən 12 dəfə çox gəlir əldə etdim. Amma hər dəfə Zelenski gələndə 60 milyard dollarlıq çeklər uçub gedir. O, əla satıcıdır – məndən də yaxşı” deyə Tramp bildirib.

O, həmçinin əlavə edib ki, Zelenskinin danışıqlarda artıq üstün mövqeyi yoxdur. Bununla belə, Rusiya ilə razılıq əldə olunmasa, ABŞ-nin Moskva əleyhinə “dağıdıcı sanksiyalar” tətbiq edə biləcəyini istisna etməyib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlardan sonra bəzi amerikalı siyasətçilər Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini tələb ediblər.

Töhfə Səməd

tag: Ukrayna,Volodimir Zelenski ,ABŞ,Cozef Bayden,Donald Tramp ,todaypress.tv,