Tramp xarici siyasətdə MTŞ-nin rolunu minimuma endirdi
Dünya
31.08.2025 16:00
ABŞ Prezidenti Donald Trampın dövründə Milli Təhlükəsizlik Şurasının (MTŞ) xarici siyasət qərarlarının qəbulunda rolu minimuma endirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın rəhbərliyi altında MTŞ əməkdaşlarının sayı 400-dən 150-yə endirilib. ABŞ Prezidenti mayın 1-də milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsu işdən çıxarıb və onun funksiyalarını Dövlət katibi Marko Rubioya təhvil verib. Qəzet qeyd edir ki, xarici siyasət prinsiplərinin işlənib hazırlanmasında və ABŞ Prezidentinin qərarlarının digər ölkələrin liderlərinin mövqeləri ilə əlaqələndirilməsində MTŞ-yə etibar edən əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp “kiçik bir müşavirlər qrupuna arxalanır”.
Bəzi rəsmilər hesab edirlər ki, bu yanaşma Tramp administrasiyasına zərər verir və uyğunsuzluğa gətirib çıxarır.
tag: ABŞ,Donald Tramp,MTŞ,Marko Rubio,Todaypress.tv,