Tramp xahiş etdi, Netanyahu qəbul etmədi

Dünya

24.06.2025 16:31

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apararaq, İranın atəşkəsi pozduğu iddiasından sonra planlaşdırılan cavab hücumunu tamamilə ləğv etməsini istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Axios” portalının jurnalisti Barak Ravidə adının açıqlanmasını istəməyən israilli rəsmi verib.

Mənbənin sözlərinə görə, Tramp iyunun 24-də Netanyahuya zəng edərək hücumu həyata keçirməməyə çağırıb. Lakin Netanyahu ABŞ prezidentinə bildirib ki, İranın atəşkəsi pozmasına cavab olaraq müəyyən tədbirlər mütləq görülməlidir.

Nəticədə tərəflər hücumun miqyasını ciddi şəkildə azaltmaq qərarına gəliblər: çoxsaylı hədəflərə zərbə endirmək planı ləğv olunub və yalnız bir hədəfə zərbə endirilməsi ilə kifayətlənilib.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp ,İsrail,Benyamin Netanyahu,İran,Todaypress.tv,