Tramp və Zelenski Ukraynaya silah tədarükünü müzakirə edəcək
Dünya
14.10.2025 09:08
Oktyabrın 17-si ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə görüşüb, Kiyevə hansı silahların verilməli olduğunu, o cümlədən “Tomahawk” uzaqmənzilli raketlərinin mümkün tədarükünü müzakirə edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə “RBC-Ukrayna” “Axios”a istinadən məlumat yayıb.
“Tərəflər Ukraynaya hansı silahların tədarük edilməsinin məqsədəuyğun olduğunu, xüsusilə də ABŞ-nin müharibə içində olan bu ölkəyə uzaqmənzilli “Tomahawk” raketləri göndərməli olub-olmadığını müzakirə edəcəklər. Bu raketlər vəziyyəti kökündən dəyişə bilər”, - deyə nəşr yazıb.
Nəşrin mənbəsi bildirib ki, uzaqmənzilli raketlər Ukraynaya Rusiya materikinin uzaq bölgələrini, o cümlədən Moskvanı hədəfə almağa imkan verəcək.
Aysel Mətləb
tag: Donald Tramp,Zelenski ,Ağ Ev,Kiyev,Todaypress.tv,
