Tramp: “Putin yorulub”

Dünya

20.05.2025 10:15

3

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri ilə apardığı telefon danışıqlarını şərh edərək, yaxın zamanda sülh prosesində irəliləyiş olacağına inandığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində danışıb.

Tramp Rusiya prezidenti Vladimir Putinin səmimi şəkildə sülhə can atdığını və artıq müharibədən bezdiyini qeyd edib. Ukrayna prezidenti Zelenski barədə danışan Tramp onu “güclü adam” kimi xarakterizə edib, lakin onun danışıqlara nə dərəcədə açıq olduğunu söyləmək üçün 2-4 həftə gözləmək lazım gələcəyini bildirib.

ABŞ lideri həmçinin yeni seçilmiş Papa XIV Leodan bəhs edərək, onun iki ölkə arasında sülhə töhfə verməsini arzuladığını deyib. Trampın sözlərinə görə, Vatikan sülh danışıqları üçün ideal məkan ola bilər.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Ukrayna,Rusiya,todaypress.tv,