Tramp öz kəşfiyyatını təkzib etdi

Dünya

21.06.2025 11:22

ABŞ Prezidenti Donald Tramp öz kəşfiyyat orqanını təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Belə ki, Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın "İran nüvə silahı istehsal etmir" barədə hesabatı Trampdan soruşulub. Tramp Qabbardın yanıldığını və İranın nüvə silahı istehsal etməyə hazırlaşdığını deyib.

O, İsrail ilə İran arasındakı qarşıdurmada "şərtlərdən asılı olaraq" atəşkəs və danışıqları dəstəkləyə biləcəyini bildirib, lakin münaqişənin sona çatmasına dair heç bir işarə görmədiyini də əlavə edib.

Trampın gündəmində həmçinin İran ilə Avropa arasında nüvə danışıqları mövzusu da olub. O bildirib ki, İran Avropa ilə deyil, ABŞ ilə danışmaq istəyir:

"İran Avropa ilə danışmaq istəmir. Onlar bizimlə danışmaq istəyirlər. Avropa bu məsələdə kömək edə bilməz".

Trampa "İrana qarşı quru əməliyyatı planlaşdırılırmı?" sualı da ünvanlanıb. ABŞ Prezidenti bunun mümkün olmadığını söyləyib.

Qeyd edək ki, Tramp bundan əvvəl İrana hücumdan əvvəl ona iki həftə vaxt verdiyini açıqlamışdı.

Töhfə Səməd

tag: ABŞ,Donald Tramp,Tulsi Qabbard,todaypress.tv,