Tramp: "Müharibə “Tomahavk”sız dayandırılmalıdır"

Dünya

18.10.2025 11:00

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahavk” raketlərinin verilmədən müharibənin dayandırılmasını arzuladığını bildirib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki ,o, bu barədə ukraynalı həmkarı ilə görüşündə deyib.

Tramp vurğulayıb ki, “Tomahavk”lar ABŞ üçün olduqca vacib silahlardır:

“Son dörd il ərzində Ukraynaya göndərdiyimiz digər çoxsaylı vasitələrə də ehtiyacımız var. İndi vəziyyətimiz yaxşıdır. Bunları Avropa Birliyinə göndəririk və onlar bunun pulunu ödəyirlər. Amma məsələ pulda deyil. Bizə "Tomahavk’" və Ukraynaya göndərdiyimiz digər silahlar da lazımdır. Məhz buna görə biz müharibənin dayandırılmasını istəyirik. Bizim üçün həmin silahları vermək asan deyil, söhbət çox güclü silahlardan gedir”.

Tramp əlavə edib ki, Ukraynanın bu silahlara ehtiyacı qalmayacağına ümid edir:

“Ümid edirəm ki, onlara bu silahlar lazım olmayacaq və müharibəni "Tomahavk’"arı düşünmədən dayandıra biləcəyik. Məncə, buna kifayət qədər yaxınlaşmışıq”.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ Prezidenti Donald Tramp ,Ukrayna,“Tomahavk”,Rusiya ,Todaypress.tv,