Tramp: “Mask 50% dahi, 50% uşaq kimidir”

Dünya

31.05.2025 10:15

ABŞ prezidenti Donald Tramp köməkçiləri ilə söhbətlərində milyarder İlon Mask haqqında maraqlı ifadələr işlədib. O, Maskı “50% dahi, 50% uşaq” kimi xarakterizə edib. 

TodayPress TV
xəbər verir ki, bu barədə "
Wall Street Journal" məlumat yayıb.

Tramp Maskın hökumət xərclərini 1 trilyon dollar azaltmaq vədini “cəfəngiyyat” adlandırıb və bu məsələ ilə bağlı müşavirlərindən izahat istəyib. 

Məlumata görə, Mask dövlət xərclərini azaltmaq üçün addımlar atarkən çox vaxt heç kimlə məsləhətləşmir və bu, onu Ağ Evin yüksək vəzifəli şəxsləri ilə qarşıdurmaya salıb.

O, Trampın yaxın məsləhətçisi Syuzan Uaylsla da koordinasiyaya getməyib. Nəticədə Tramp məsələyə qarışmalı olub və Uaylsa Maskın komandasına daha ciddi nəzarət etməyi tapşırıb.

Prezident həmçinin Maskın digər nazirlərə sərt münasibətindən və yüksək gömrük rüsumlarına qarşı çıxmasından narazıdır. 

Qeyd edək ki, İlon Mask Hökumətin Səmərəliliyi Ofisi (DOGE) rəhbərlik vəzifəsindən istefa verib.

Türkan İsgəndərli

tag: İlon Mask,ABŞ,Tramp,DOGE,todaypress.tv,