Tramp Hindistan üçün rüsumları artıracaq

Dünya

04.08.2025 20:50

ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin idxalı və satılması ilə əlaqədar Hindistana tətbiq edilən rüsumları əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Hindistan nəinki Rusiyadan böyük həcmdə neft alır, həm də alınan neftin böyük hissəsini açıq bazarda ciddi gəlirlə satır. Bununla əlaqədar mən Hindistanın ABŞ-yə ödədiyi rüsumları əhəmiyyətli dərəcədə artıracağam”, - Tramp qeyd edib.

tag: Tramp,ABŞ, Rusiya, Hindistan, todaypress.tv,