Tramp Əfqanıstana təkrar müdaxilə edə bilər

Dünya

19.09.2025 12:15

ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı “Baqram” hərbi bazasının geri qaytarılması ilə bağlı bəyanatı bu ölkəyə yeni bir Amerika müdaxiləsinin başlanğıcına səbəb ola bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Trampın “Baqram” bazasını geri qaytarmaq arzusu Əfqanıstana təkrar müdaxilə ilə nəticələnə bilər”, - deyə agentliyin məlumatında qeyd olunub.

Bildirilib ki, ABŞ baza üzərində nəzarəti "Taliban" hərəkatının razılığı ilə əldə edə bilər, lakin belə bir razılaşmanın hansı şəkildə həyata keçiriləcəyi hələ də aydın deyil.

Xatırladaq ki, sentyabrın 18-də Tramp bəyan edib ki, ABŞ hökuməti Əfqanıstandakı “Baqram” aviabazasını geri qaytarmağa ümid edir və bunun üçün müəyyən addımlar atılır.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Tramp,Əfqanıstan,Müdaxilə,Todaypress.tv,