Tramp "CNN"i qapıdan qovdu, pəncərədən gəldi: "Burada olmamalısınız!" - VİDEO
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda beynəlxalq təşkilatın qərargahına gəldikdən sonra "CNN" telekanalını tənqid edib və onun müxbirinin Amerika liderinin gəlişini işıqlandırmasına təəccübləndiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"CNN-in burada olmasına və məni işıqlandırmasına təəccüblənirəm. Siz burada olmamalısınız! Siz məni işıqlandırmamalısınız. Məni işıqlandırmayacağınızı demişdiniz. Siz məni işıqlandırmamalısınız", - deyə Tramp "CNN" müxbiri Keytlan Kollinzə bildirib.
Xatırladaq ki, sentyabrın 18-də Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarına görə "CNN", "MS NOW" telekanallarının və "Politico" qəzetinin jurnalistlərini Ağ Evə daxil olmaq hüququndan məhrum etdiyini bəyan edib.
Aysel Mətləb