"TikTok" uşaqların şəxsi məlumatlarını toplayır

Dünya

24.09.2025 19:15

Kanadada aparılan araşdırma nəticəsində sosial media platforması "TikTok"un yaş məhdudiyyətlərinə riayət etmədiyi və çox sayda yetkin olmayan istifadəçinin həssas şəxsi məlumatlarını topladığı müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "HiTech" məlumat yayıb.

Kanada hökuməti "TikTok" barədə hazırladığı hesabatda bildirir ki, platforma 13 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulan giriş qadağalarını tətbiq etməkdə kifayət qədər tədbir görməyib. Halbuki bu yaş məhdudiyyəti bir çox əyalətdə qanunla tənzimlənir.

"TikTok" istifadəçilərə uyğun məzmun və reklamlar göstərmək məqsədilə topladığı şəxsi məlumatların Kanada məxfilik qanunlarına nə dərəcədə uyğun olduğunu yoxlamaq üçün təhqiqata cəlb olunub. Araşdırma zamanı yüz minlərlə kanadalı uşağın bu platformadan istifadə etdiyi və onların məlumatlarının icazəsiz toplandığı üzə çıxıb.

Qeyd edək ki, oxşar narahatlıqlar ABŞ-də də gündəmdədir. "TikTok"un satılması və ya qadağan edilməsi ilə bağlı müzakirələr davam edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tiktok,Kanada,Uşaq,Gizlilik,Todaypress.tv,