Şimali Koreya pilotsuz silahları sınaqdan keçirdi

Dünya

19.09.2025 09:40

Şimali Koreyada ölkə lideri Kim Çen Inın rəhbərliyi ilə yeni pilotsuz silah sistemlərinin sınaqları keçirilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Kim Çen In strateji və taktiki kəşfiyyat pilotsuz uçuş aparatları, həmçinin elmi-tədqiqat institutlarında və Pilotsuz Aviasiya Texnikası Birliyinə daxil olan müəssisələrdə istehsal olunan çoxməqsədli dronların döyüş şəraitində tətbiqi və xüsusiyyətləri ilə tanış olub.

Şimali Koreyanın “Kumson” adlı taktiki zərbə pilotsuz təyyarəsinin və strateji kəşfiyyat dronunun sınaq nəticələri Kim Çen Inın yüksək qiymətləndirməsinə səbəb olub. O, nəticələrdən böyük məmnunluq ifadə edib və pilotsuz aparatların imkanlarının süni intellekt vasitəsilə daha da gücləndirilməsini tapşırıb.

Kim Çen In vurğulayıb ki, dronların əməliyyat qabiliyyətinin artırılması KXDR Silahlı Qüvvələrinin modernləşdirilməsində prioritet vəzifədir.

Qiymət Mahir

TodayPress TV

tag: Şimali Koreya,PUA,Sınaq,Təlim,Todaypress.tv,