Rusiyalı senator: “Aİ Kallası dəyişməyə çalışacaq”
Dünya
23.05.2025 15:06
“Avropa İttifaqının baş diplomatı Kaya Kallasın Serbiyada keçirdiyi mətbuat konfransında Aİ-nin üç hakimiyyət qolunu sadalaya bilməməsi onun “peşəkar hazırlığının aşağı səviyyədə olduğunu” bir daha göstərdi”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının beynəlxalq münasibətlər komitəsinin sədri Qriqori Karasin "Gazeta.Ru”ya açıqlamasında bildirib.
Karasin Kallasın emosional davranışlara meylli olduğunu qeyd edib:
“Kallas peşəkar baxımdan zəif hazırlıqlı, emosiyalara qapılan şəxsdir. Hesab edirəm ki, bu qədər gərgin geosiyasi şəraitdə onun kimi birisinin Aİ-nin diplomatiyasına rəhbərlik etməsi yolverilməzdir. Avropa İttifaqı yaxın vaxtlarda onu dəyişməyə çalışacaq” deyə senator vurğulayıb.
Karasin əlavə edib ki, Kallasın bu cür çıxışları bütün Aİ-ni çətin vəziyyətə salır:
“Bu cür qeyri-peşəkar davranışlar Avropa İttifaqını gülünc vəziyyətə salır. İstər-istəməz sual yaranır: Bəlkə orada belə olanların sayı çoxdur, sadəcə, onlar yaxşı maskalanmağı bacarırlar?”
Qiymət Mahir
tag: Rusiya,Kaya Kallas,Serbiya,Aİ,Todaypress.tv,