Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
Dünya
05.03.2026 16:53
Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi həyata keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, martın 5-də Kiyevin nəzarətində olan ərazilərdən 200 rus hərbçisi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 200 hərbi əsiri Ukraynaya təhvil verilib.
Bildirilib ki, geri qaytarılan rus hərbçiləri hazırda Belarus ərazisindədirlər və orada onlara zəruri psixoloji və tibbi yardım göstərilir. Daha sonra onlar müalicə və reabilitasiya üçün Rusiyadakı hərbi tibb müəssisələrinə göndəriləcəklər.
Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentin köməkçisi Vladimir Medinski isə bildirib ki, Cenevrə razılaşmalarına əsasən martın 5-6-da tərəflər arasında 500-ə 500 formatında daha geniş əsir mübadiləsi planlaşdırılır.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların son mərhələsi fevralın 17-18-də Cenevrədə keçirilib.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Əsir mübadiləsi,Hərbi,Todaypress.tv,
