Rusiya nefti üçün birgə neft kəməri layihəsi müzakirə edildi

Dünya

21.07.2025 13:41

Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Budapeşt Serbiya ilə birlikdə iki ölkəni birləşdirəcək yeni neft kəmərinin inşasını müzakirə edir.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Layihə çərçivəsində Rusiya neftinin tədarükü nəzərdə tutulur və danışıqlarda Rusiya nümayəndələri də iştirak edib.

Nazirin sözlərinə görə, iyulun 21-də keçirilən üçtərəfli görüş videokonfrans formatında baş tutub.

“Bu gün biz serb və rus həmkarlarımızla Macarıstanı Serbiya ilə birləşdirəcək yeni neft kəmərinin inşasını müzakirə edirik”, - deyə nazir qeyd edib.

Peter Siyarto videobağlantıya Budapeştdəki nazirlik binasından qoşulub. Lakin Moskvadan və Belqraddan kimlərin iştirak etdiyi barədə məlumat verilməyib.

Töhfə Səməd

tag: Macarıstan ,Peter Siyarto,Serbiya ,Rusiya,Neft,Todaypress.tv,