Rusiya: Kiyevin NATO ilə əlaqələri tam kəsilməlidir

Dünya

22.06.2025 17:45

Rusiya Ukrayna ilə bağlı mövqeyində dəyişiklik etmir və NATO ilə bağların qırılmasını əsas şərt kimi irəli sürür.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “JDD” nəşrinə verdiyi müsahibədə bildirib.

“Bizim üçün əsas məsələ Kiyevin NATO ilə əlaqələrinin tam şəkildə kəsilməsinə dair aydın və konkret təminatların verilməsidir. Eyni zamanda, Ukraynada yaşayan insanların — dili, milliyyəti və dini mənsubiyyətindən asılı olmayaraq əsas hüquq və azadlıqlarının qorunması təmin olunmalıdır”, – deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Moskva üçün önəmli olan yalnız nəticələr deyil, eyni zamanda münaqişənin əsas səbəblərinin dərindən anlaşılması və aradan qaldırılmasıdır.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,Kiyev,NATO,Todaypress.tv,