Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı fövqəladə iclasını tələb etdi
Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının Ukrayna məsələsinə dair növbəti iclasını tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polinski məlumat verib. Onun sözlərinə görə, Moskva iclasın mayın 30-da keçirilməsini gözləyir.
Rusiya tərəfi sözügedən toplantıda Avropa ölkələrinin Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olan addımlarını və bu fəaliyyətlərin qlobal təhlükəsizlik üçün yaratdığı riskləri müzakirəyə çıxarmağı planlaşdırır.
Polinski bildirib ki, bəzi Avropa dövlətlərinin mövcud siyasəti beynəlxalq sabitlik üçün real təhlükə yaradır və Rusiya bu məsələnin BMT Təhlükəsizlik Şurası səviyyəsində dəyərləndirilməsinin vacibliyini vurğulayır.
Töhfə Səməd
tag: Rusiya ,BMT ,Təhlükəsizlik Şurası,Ukrayna ,todaypress.tv,