Qutsulun saxlanacağı yer açıqlandı
Dünya
05.08.2025 15:49
Qaqauziya rəhbəri Yevgeniya Qutsul Kişinyovda yerləşən və ağır şəraitilə tanınan 13-cü cəzaçəkmə müəssisəsində saxlanılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə siyasətçinin vəkili Nataliya Bayram “Rossiya-24” telekanalına açıqlamasında bildirib.
Avqustun 5-də Kişinyov məhkəməsi Qutsulu müxalif “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntularına yol verdiyinə görə yeddi il müddətinə azadlıqdan məhrum edib. Hökm elan olunduqdan dərhal sonra o, məhkəmə zalından birbaşa həbsxanaya göndərilib. Növbəti mərhələdə onun koloniyaya köçürüləcəyi gözlənilir.
Yevgeniya Qutsul hökmü siyasi qisas kimi dəyərləndirib və bunun Moldova hakimiyyətinin birbaşa göstərişi ilə həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu qərar Qaqauziya sakinlərini qorxutmaq və onların müstəqil siyasi iradəsinə təsir göstərmək məqsədi daşıyır.
Qiymət Mahir
tag: Qaqauziya ,Yevgeniya Qutsul ,Kişinyov,Nataliya Bayram,Todaypress.tv,